Haqqımızda

Allure Model Academy ölkəmizdə Moda və Model sahələrinin əsaslı inkişafı və tərəqqisi üçün yaradılmış yeganə model akademiyasıdır. Akademiyanın prezidenti Elxan Paşayevin təşəbbüsü ilə yaradılan və bir çox xidmət sahələrini özündə birləşdirən akademiyanın fəaliyyətinə aşağıdakılar daxildir:

  • Peşəkar Model dərsləri
  • Peşəkarların iştirakı ilə maarifləndirici seminarların təşkili
  • Podiumda, kamera qarşısında və studio çəkilişləri zamanı yaranan komplekslərin aradan qaldırılması
  • Dəbli görünmək, sağlam və formada olan bədən quruluşuna sahib olmaq üçün mütəxəssislər tərəfindən məsləhətlərin verilməsi
  • Model anlayışı və peşəkar model necə olmalıdır başlıqları altında hər həftəsonu seminarların təşkili
  • Mütəmadi Fotosessiyaların və Video çəkilişlərin həyata keçirilməsi
  • Altı ay davam edəcək təlimlərin ilk 3 ayından sonra ixtisaslaşmaların aparılması
  • Fashion Week-lər vasitəsi ilə təcrübə toplamaq
  • Beynəlxalq müsabiqələrə hazırlıq
  • Yekunda Peşəkar Model Sertifikatı ilə təmin olunmaq


Allure Model Akademiyası altı (6) ay davam edəcək bir kurs proqramı ilə çıxış edir. Akademiyada dərslər həftədə üç (3) dəfə olmaqla 1.5 saat keçirilir. Akademiyaya qəbul və ödənişlər barədə aşağıda məlumat qeyd olunmuşdur.


Altı(6) yaşdan yuxarı hər kəs Allure Model Academy-nin üzvü ola bilər. Akademiyaya qəbul üçün buradan qeydiyyatdan keçə bilərsiz.


Allure Model Academy-nin üç(3) ödəniş paketi mövcuddur. 

  1. Altı(6) yaşdan oniki(12) yaşa qədər olan tələbələrimiz üçün aylıq ödəniş cəmi 80AZN
  2. Oniki(12) yaşdan onaltı(16) yaşa qədər olan tələbələrimiz üçün aylıq ödəniş cəmi 85AZN
  3. OnAltı(16) yaşdan böyük olan tələbələrimiz üçün aylıq ödəniş cəmi 90AZN təşkil edir.

Allure Model Academy-ə sən də qoşul fərqliliyi hiss et !