Bİzİm Fərqİmİz

Allure Model Academy altı(6) aylıq kurs üzrə təlimlər aparır və bu təlimlərin yekununda tələbələri Peşəkar Model diplomu ilə təchiz edib onlara Peşəkar Model CV-si həddiyə edir. Altı(6) aylıq kursun ilk üç(3) ayı maarifləndirici dərs və seminarlardan ibarət olur. İlk üç ay müddətində hər bir tələbəmiz Model sahəsinin tarixi ilə tanış olub bu sahənin ən kiçik özəlliklərinə yiyələnirlər. Mütəmadi olaraq foto və video çəkilişlər sayəsində kamera qarşısında necə davranmaq lazım olduğunu və fotosessiyaların möhtəşəmliyini təmin etmək üçün lazım olan ən kiçik detalları mənimsəyərək peşəkarlığa hər addım daha da yaxınlaşacaqsınız. Tanınmış brendlərdən ibarət təşkil olunmuş dəb həftələrində çıxışlar edərək profossional podiuma ilk addımlarınızı atacaq və bunun sayəsində ilk tamaşaçı rəğbətini qazanmış, habelə ilk real podium təcrübənizə yiyələnəcəksiniz. Akademiyanın növbəti üç(3) aylıq tədris müddətində siz sahib olduğunuz potensiala uyğun olaraq FotoModel, Fashion Model, Top Model və ya Fitness Model olaraq ixtisaslaşacaqsınız. Bunun sayəsində gələcək iş karyeranız daha da əlçatan və uğurlu olacaqdır. Sən də model olmaq arzularını bizimlə gərçəkləşdir və bu sahədə atacağın ilk addımları bizə həvalə et. Allure Model Academy-i seç və fərqliliyi hiss et!